Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi təsdiqlənib - SİYAHI

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi təsdiqlənib - SİYAHI Nazirlər Kabineti “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” qərarında dəyişiklik edib.
Daxili siyasət
13 Oktyabr , 2022 12:48
Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi təsdiqlənib - SİYAHI

Nazirlər Kabineti “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi” yeni redaksiyada təsdiqlənib.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli komissiyasının sədri, Dövlət Vergi Xidməti rəisinin müavini İlkin Vəliyev isə onun müavini təyin edilib.

Eyni zamanda Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri, Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi, Mərkəzi Bankın Nağd Pul Departamentinin direktoru, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini komissiyanın üzvləri kimi təsdiqləniblər.

Son xəbərlər

Orphus sistemi