​Müsavat Partiyasına yeni başqan seçilib

​Müsavat Partiyasına yeni başqan seçilib Müsavat Partiyasının qurultayında başqanlığa namizəd Arif Hacılı qalib gəlib
Daxili siyasət
29 Sentyabr , 2014 10:09
​Müsavat Partiyasına yeni başqan seçilib
Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda müxalifyönlü Müsavat Partiyasının qurultayında partiyaya yeni başqan seçilib.

“Report”un məlumatına görə, qurultayda 447 nəfərdən 228-nin səsini qazanan partiyanın İcra Aparatının sabiq rəhbəri Arif Hacılı qalib gəlib.

Digər namizədlər Qubad İbadoğu 200, Tural Abbaslı isə 19 səs toplayıb.

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına 4 nəfər - Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini irəli sürüb. Qurultay günü S.Əlisoy namizədliyini Q.İbadoğlunun xeyrinə geri götürüb.

Son xəbərlər

Orphus sistemi