“Report”un məlumatına görə, qurultayda 447 nəfərdən 228-nin səsini qazanan partiyanın İcra Aparatının sabiq rəhbəri Arif Hacılı qalib gəlib.
Digər namizədlər Qubad İbadoğu 200, Tural Abbaslı isə 19 səs toplayıb.
Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına 4 nəfər - Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini irəli sürüb. Qurultay günü S.Əlisoy namizədliyini Q.İbadoğlunun xeyrinə geri götürüb.