MSK “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxıb

MSK “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxıb Məsələlər səsə qoyularaq təsdiq edilib
Daxili siyasət
20 Avqust , 2016 12:35
MSK “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxıb

Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, əvvəlcə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən Milli Məclisin deputatı Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin edilib. Məsələ MSK tərəfindən səsə qoyulub və A.Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təsdiq edilib. Daha sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb. Hər iki məsələ səsə qoyularaq təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi