MSK sədri yerli və beynəlxalq müşahidəçilərə çağırış edib

MSK sədri yerli və beynəlxalq müşahidəçilərə çağırış edib Məzahir Pənahov: "Seçkinin nəticələrinin şübhə doğurmaması üçün hamı əlindən gələni etməlidir"
Daxili siyasət
29 Avqust , 2015 15:26
MSK sədri yerli və beynəlxalq müşahidəçilərə çağırış edib

Bakı. 29 avqust. REPORT.AZ/ Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir. "Report"un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib. 

O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər naliyyətlər əldə edilib: “Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Birincisi, ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maariflənib, seçkilərin təşkilində peşəkar insanlar var”. 

M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb: “Burada milyonlarala insan səs verir. Burada xoşagəlməz halların olması təbiidir. Ancaq seçki komissiyalarının üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin”. 

MSK sədri qeyd edib ki, seçkilərə aidiyyəti olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir. 

M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə də çağırış edib. O bidirib ki, Seçki Məcəlləsinə əsasən müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir: “Əgər müşahidəçi nəyisə başqasından eşidirsə, qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazılan şey müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız özü müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoysun. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım”.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla parlament seçkiləri 2015-ci il noyabrın 1-nə təyin edilib. Avqustun 29-dan deputatlığa namizədlərin irəli sürülməsi prosesi başlayıb. 

Son xəbərlər

Orphus sistemi