Mövlam Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib

Mövlam Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.
Daxili siyasət
24 İyul , 2023 14:20
Mövlam Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncam Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.

Sərəncama əsasən, Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov “Vətən uğrunda” medalından məhrum ediliblər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, general-mayor M.Şixəliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, Y.Məmmədov istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, S.Ələkbərov isə istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay və S.Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Son xəbərlər

Orphus sistemi