Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası

Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası Yaxşı bir atalar misalı var: it hürər, karvan keçər. Ermənistan müxalifəti hazırda bu misaldakı itin rolunu oynayır.
Daxili siyasət
2 May , 2024 17:53
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sürətləndikcə erməni müxalifəti də etiraz aksiyalarını artırır. Müxalifətin önəmli simaları bu istiqamətdə avantürist, ağlasığmaz bəyanatlar səsləndirirlər. Hətta Göyçə və Zəngəzurun delimitasiya prosesi çərçivəsində Azərbaycana veriləcəyini deyənlər də var. Müxalifətin avanturist bəyanatlarının arxasında nə dayanır?

Bu barədə “Baku TV”yə danışan jurnalist Həmid Həmidov deyib ki, erməni müxalifətinin hərəkətlərinə, dediklərinə əhəmiyyət vermək lazım deyil: “Artıq Ermənistan daxilində də onların nüfuzu qalmayıb. Sadəcə özlərini gündəmdə saxlamağa çalışırlar. Yaxşı bir atalar misalı var: it hürər, karvan keçər. Ermənistan müxalifəti də hazırda bu misaldakı it rolunu oynayır”.

Jurnalist, həmçinin xatırladıb ki, Azərbaycan işğalçı deyil: “Ermənistanın indiki ərazisi isə tarixi Azərbaycan torpaqlarıdır. Hər bir kəndində azərbaycanlılar yaşayıb. Bu gün isə rəsmi Bakı beynəlxalq hüquqa hörmətlə yanaşır. Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Əgər müdaxilələr olmasa, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi problemsiz olacaq və tam şəkildə yekunlaşacaq”.

Siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, Azərbaycan Ermənistandan istədiyi bütün əraziləri ala bilər: “Bunun üçün həm de-fakto, həm də de-yure imkanlar var. Ermənistandakı etirazlar daha çox hakimiyyətlə kilsə arasında ziddiyyətlərin təzahürüdür. Müxalifət də Azərbaycanın qələbəsi qarşılığında addım atmağa məcburdur”.

Son xəbərlər

Orphus sistemi