“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmana dəyişiklik edilib

“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmana dəyişiklik edilib Sənədi Prezident İlham Əliyev imzalayıb
Daxili siyasət
21 Sentyabr , 2015 18:58
“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmana dəyişiklik edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli fərmanının 3.5-1-ci bəndinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilib.

Fərman “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli fərmanını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanununa uyğunlaşdırmaq məqsədilə verilib.

Son xəbərlər

Orphus sistemi