Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb Fevralın 1-də keçiriləcək iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
25 Yanvar , 2016 11:11
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb. 

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-də keçiriləcək ilk iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.

Onun sözlərinə görə, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən formalaşdırılması, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq.

Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi məsələsi daxil edilib. 

Eyni zamanda, iclasda "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılacaq. 

Son xəbərlər

Orphus sistemi