Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb İclasın gündəliyinə 34 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
6 Oktyabr , 2015 12:04
Milli Məclisin plenar iclası başlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 34 məsələnin müzakirəsi daxil edilib.

İclasda iki ölkə arasında imzalanan sazişlərin təsdiqi, İnzibati Xətalar, Cinayət və Cəzaların İcrası Məcəllələrinə, eləcə də bir neçə qanun layihələrinə, o cümlədən "Dini etiqad azadlığı haqqında, "Kütləvi informasiya vasitələri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və bir neçə iqtisadi qanunlara dəyişikliklər edilməsi də nəzərdə tutulub.

İclasın gündəliyində, həmçinin "Təhsil haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Yol hərəkəti haqqında", "Polis haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Milli arxiv fondu haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Mədəniyyət haqqında" qanun layihələrinə dəyişiklik edilməsi də yer alıb. 

Son xəbərlər

Orphus sistemi