Milli Məclisdə şəhid ailələrinə verilən vəsaitin artırılması təklif edilib

Milli Məclisdə şəhid ailələrinə verilən vəsaitin artırılması təklif edilib Aydın Mirzəzadə: "Maliyyə Nazirliyi üzərinə düşən işi yerinə yetirməlidir"
Daxili siyasət
14 Oktyabr , 2016 13:10
Milli Məclisdə şəhid ailələrinə verilən vəsaitin artırılması təklif edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Aydın Mirzəzadə şəhid ailələrinə verilən vəsaitin artırılmasını təklif edib.

“Report”un məlumatına görə, o, parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırmaq lazımdır: “Şəhid ailələri dövlətin diqqətindədir. Onlara verilən vəsait artırılmalıdır. Maliyyə Nazirliyi üzərinə düşən işi yerinə yetirməlidir".

Deputat Adil Əliyev də vəsaitin artırılmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi