Milli Məclisdə Azərbaycan tərəfinə keçən erməni əsgərinə vətəndaşlıq pasportunun verilməsi təklif olunub

Milli Məclisdə Azərbaycan tərəfinə keçən erməni əsgərinə vətəndaşlıq pasportunun verilməsi təklif olunub Spiker: "Qorxuram ki, ermənilərin Azərbaycana gəlib qaçqın statusu almaq istəsin”
Daxili siyasət
3 Aprel , 2015 12:59
Milli Məclisdə Azərbaycan tərəfinə keçən erməni əsgərinə vətəndaşlıq pasportunun verilməsi təklif olunub

Baki. 3 aprel. REPORT.AZ/ Azərbaycan tərəfinə keçən erməni əsgər Andranik Qriqoryana vətəndaşlıq pasportu verilməlidir. “Report”un məlumatına görə bunu Milli Məclisin bugünkü iclasında millət vəkili İqbal Ağzadə deyib. O qeyd edib ki, kim Ermənistan və seperatçı Dağlıq Qarabağ rejimindən qaçmaq istəyirsə, Azərbaycana keçə bilər, bunu başqa - üçüncü ölkə vasitəsilə də reallaşdıra bilər: “Onsuz da Qriqoryan bizim vətəndaşımızdır. Ona görə də ona və digərlərinə məcburi köçkün və ya qaçqın statusu verilə bilər. Azərbaycan dövləti buna hazır olmalıdır. Bizdə milli ayrı-seçkilik problemi yaşanmır. Separatizmdən əziyyət çəkən insanların Azərbaycan yanında olmalıdır”. Spiker Oqtay Əsədov isə millət vəkilinin təklifinə belə cavab verib: “Elanı çox etsək, qorxuram ki, ermənilərin Azərbaycana gəlib qaçqın statusu almaq istəsin”. 

Millət vəkili Zahid Oruc da çıxışı zamanı Qriqoryanın Azərbaycan tərəfinə keçməsi məsələsinə toxunub. O bildirib ki, Azərbaycan Ermənistana bir, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və orada yaşayan erməni millətindən olan Azərbaycan vətəndaşlarına ayrı siyasət yeritməlidir.

Son xəbərlər

Orphus sistemi