Yuxarı
    Bağlamaq

    Milli Məclisdə Azərbaycan tərəfinə keçən erməni əsgərinə vətəndaşlıq pasportunun verilməsi təklif olunub

    Spiker: Qorxuram ki, ermənilərin Azərbaycana gəlib qaçqın statusu almaq istəsin”

    Baki. 3 aprel. REPORT.AZ/ Azərbaycan tərəfinə keçən erməni əsgər Andranik Qriqoryana vətəndaşlıq pasportu verilməlidir. “Report”un məlumatına görə bunu Milli Məclisin bugünkü iclasında millət vəkili İqbal Ağzadə deyib. O qeyd edib ki, kim Ermənistan və seperatçı Dağlıq Qarabağ rejimindən qaçmaq istəyirsə, Azərbaycana keçə bilər, bunu başqa - üçüncü ölkə vasitəsilə də reallaşdıra bilər: “Onsuz da Qriqoryan bizim vətəndaşımızdır. Ona görə də ona və digərlərinə məcburi köçkün və ya qaçqın statusu verilə bilər. Azərbaycan dövləti buna hazır olmalıdır. Bizdə milli ayrı-seçkilik problemi yaşanmır. Separatizmdən əziyyət çəkən insanların Azərbaycan yanında olmalıdır”. Spiker Oqtay Əsədov isə millət vəkilinin təklifinə belə cavab verib: “Elanı çox etsək, qorxuram ki, ermənilərin Azərbaycana gəlib qaçqın statusu almaq istəsin”. 

    Millət vəkili Zahid Oruc da çıxışı zamanı Qriqoryanın Azərbaycan tərəfinə keçməsi məsələsinə toxunub. O bildirib ki, Azərbaycan Ermənistana bir, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və orada yaşayan erməni millətindən olan Azərbaycan vətəndaşlarına ayrı siyasət yeritməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi