Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib Parlament dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərin qorunmasına, ümummilli problemlərin həllində birləşməyə çağırıb
Daxili siyasət
29 Dekabr , 2015 15:18
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib. "Report" xəbər verir ki, müraciəti Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərin qorunmasına, ümummilli problemlərin həllində birləşməyə çağırıb: "Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 24 il bundan əvvəl başlanmış hərəkat indi daha da geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşmənin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diaspora və icmaları inkişaf edir, möhkəmlənir, soydaşlarımızın siyasi-iqtisadi, sosial-mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunur".

Müraciətdə vurğulanıb ki, müasir dünyada cərəyan edən qlobal proseslər ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra hallarda xalqların tarix səhnəsində oynadıqları rolu yenidən dəyərləndirməsinə gətirib çıxarır: "Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək, milli mənafelərini müdafiə etmək imkanlarını qoruyub saxlaya bilirlər".

Son xəbərlər

Orphus sistemi