Məzahir Pənahov: "Seçici siyahıları bu ayın sonunadək yekunlaşacaq"

Məzahir Pənahov: "Seçici siyahıları bu ayın sonunadək yekunlaşacaq" "Düşünürəm ki, ilin sonunda keçiriləcək parlament seçkilərində vətəndaşların səsverməsində problem olmayacaq”
Daxili siyasət
15 May , 2015 16:39
Məzahir Pənahov: Seçici siyahıları bu ayın sonunadək yekunlaşacaq

Bakı. 15 may. REPORT.AZ/ “Azərbaycan üzrə seçici siyahıları yekunlaşmaq üzrədir”. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu iş ayın sonuna qədər yekunlaşacaq: “Çalışmalıyıq ki, vətəndaşların səsvermə hüququ pozulmasın. Bununla bağlı da iş aparılır. Düşünürəm ki, ilin sonunda keçiriləcək parlament seçkilərində vətəndaşların səsverməsində problem olmayacaq”.

Son xəbərlər

Orphus sistemi