Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb

Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb Jurnalistlərin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə dair hər hansı maneə qeydə alınmayıb
Daxili siyasət
14 Dekabr , 2014 19:13
Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası Müsavat partiyasının dekabrın 14-də Bakıda, Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirilmiş mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından "Report"-a daxil olan məlumata görə, prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə dair hər hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli mitinqdə peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Son xəbərlər

Orphus sistemi