Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını təqdim etməyən partiyaların adları açıqlanıb

Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını təqdim etməyən partiyaların adları açıqlanıb "Hesabat verməyən qalan 4 partiyanın məsələsi də yaxın günlərdə yekunlaşacaq"
Daxili siyasət
13 Avqust , 2015 11:57
Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını təqdim etməyən partiyaların adları açıqlanıb

Bakı. 13 avqust. REPORT.AZ/ “Rəsmi dövlət qeydiyyatından keçən 51 siyasi partiya 2014-cü il üzrə illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, hesabat verməyən qalan 4 partiyanın məsələsi də yaxın günlərdə yekunlaşacaq.

İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyasıdır.

Son xəbərlər

Orphus sistemi