Xanlar Vəliyev: "Azərbaycanda məhkəməyə göndərilən korrupsiya xarakterli cinayət işlərinin sayı artıb"

Xanlar Vəliyev: "Azərbaycanda məhkəməyə göndərilən korrupsiya xarakterli cinayət işlərinin sayı artıb" Bu il qəsdən adam öldürmə cinayətlərinin sayı 38,5 faiz azalıb
Daxili siyasət
1 Oktyabr , 2016 17:05
Xanlar Vəliyev: Azərbaycanda məhkəməyə göndərilən korrupsiya xarakterli cinayət işlərinin sayı artıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Keçən ilin birinci yarımili ilə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 38,5 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı isə 50 faiz azalıb.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, keçən ilin birinci yarım ilində məhkəməyə göndərilən korrupsiya xarakterli cinayət işlərinin sayı 25 olduğu halda, bu ilin müvafiq dövründə 61, məhkəmə məsuliyyətinə verilən şəxslərin sayı ötən ilin birinci yarımilində 43 nəfər olduğu halda, bu ilin müvafiq dövründə 76 nəfər olub.

Son xəbərlər

Orphus sistemi