Yuxarı
    Bağlamaq

    Xanlar Vəliyev: "Azərbaycanda məhkəməyə göndərilən korrupsiya xarakterli cinayət işlərinin sayı artıb"

    Bu il qəsdən adam öldürmə cinayətlərinin sayı 38,5 faiz azalıb

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Keçən ilin birinci yarımili ilə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 38,5 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı isə 50 faiz azalıb.

    “Report”un xəbərinə görə, bunu baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

    O bildirib ki, keçən ilin birinci yarım ilində məhkəməyə göndərilən korrupsiya xarakterli cinayət işlərinin sayı 25 olduğu halda, bu ilin müvafiq dövründə 61, məhkəmə məsuliyyətinə verilən şəxslərin sayı ötən ilin birinci yarımilində 43 nəfər olduğu halda, bu ilin müvafiq dövründə 76 nəfər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi