Mayın 28-də Bakıda konsert və atəşfəşanlıq olacaq

Mayın 28-də Bakıda konsert və atəşfəşanlıq olacaq Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və qonaqları konsertə dəvət edir
Daxili siyasət
27 May , 2015 11:23
Mayın 28-də Bakıda konsert və atəşfəşanlıq olacaq

Bakı. 27 may. REPORT.AZ/ 28 May - Respublika Günü münasibəti ilə Bakıda bayram şənlikləri keçiriləcək. Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.  

İcra Hakimiyyəti paytaxt sakinlərini və qonaqları konsertə və atəşfəşanlığı seyr etməyə dəvət edir. 

Məlumatda bildirilib ki, mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunacaq konsert saat 21.00-da başlayacaq və saat 23.00-da atəşfəşanlıq olacaq.

Son xəbərlər

Orphus sistemi