Yuxarı

Mayın 28-də Bakıda konsert və atəşfəşanlıq olacaq

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və qonaqları konsertə dəvət edir

Bakı. 27 may. REPORT.AZ/ 28 May - Respublika Günü münasibəti ilə Bakıda bayram şənlikləri keçiriləcək. Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.  

İcra Hakimiyyəti paytaxt sakinlərini və qonaqları konsertə və atəşfəşanlığı seyr etməyə dəvət edir. 

Məlumatda bildirilib ki, mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunacaq konsert saat 21.00-da başlayacaq və saat 23.00-da atəşfəşanlıq olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi