Lənkəranda Qurtuluş Günü qeyd edilib

Lənkəranda Qurtuluş Günü qeyd edilib Tədbir iştirakçıları 1992-1993-cü il Azərbaycanda mövcud olan siyasi durumu əks etdirən film izləyiblər
Daxili siyasət
16 İyun , 2015 12:38
Lənkəranda Qurtuluş Günü qeyd edilib

Bakı. 16 iyun. REPORT.AZ/ Lənkəranda şəhər icra hakimiyyəti, Gənclər üçün Təhsil Mərkəzi və ADDIM Gənclər təşkilatının təşkilatçılığı ilə Milli Qurtuluş günü ilə əlaqədar "Qurtuluşumuz və Xilaskarımız" adlı tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirin məqsədi gəncləri Heydər Əliyevin Azərbaycan xalqı və tarixi qarşısında ən böyük xidmətləri, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkənin parçalanıb yox olmaq təhlükəsindən qurtarması haqqında məlumatlandırmaq, gələcək nəsillərə bu şərəfli tarixi çatdırmalarına vəsilə olmaqdır.

Lənkəran Şəhər İcra Hakimiyətinin rəsmisi tədbiri açıq elan edərək "Qurtuluş günü"nün müstəqil Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu vurğulayıb. Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşü, müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi, həmçinin tarixin hərc-mərclik dövrü, ağır tənəzzül illərində ulu öndərin qurtuluş mücadiləsi haqqında tədbir iştirakçılarına məlumat verib.

ADDIM Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə dahi öndərin və xilaskarın şərəfli ömür yolunun və fəaliyyətinin Azərbaycan tarixindəki rolundan danışıb. Azərbaycan gəncliyini Heydər Əliyevin yaratdığı sivil, demokratik bir cəmiyyətin layiqli vətəndaşları olmağa səsləyib.

Sonda tədbir iştirakçıları 1992-1993-cü il Azərbaycanda mövcud olan siyasi durumu, xaosu, çaxnaşmaları və dahi şəxsiyyətin Azərbaycan xalqının qurtuluşu yolunda keçdiyi məşəqqətli yolları əks etdirən filmi izləyiblər.

Son xəbərlər

Orphus sistemi