Bakı. 16 iyun. REPORT.AZ/ Lənkəranda şəhər icra hakimiyyəti, Gənclər üçün Təhsil Mərkəzi və ADDIM Gənclər təşkilatının təşkilatçılığı ilə Milli Qurtuluş günü ilə əlaqədar "Qurtuluşumuz və Xilaskarımız" adlı tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirin məqsədi gəncləri
Lənkəran Şəhər İcra Hakimiyətinin rəsmisi tədbiri açıq elan edərək "Qurtuluş günü"nün müstəqil Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu vurğulayıb. Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşü, müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi, həmçinin tarixin hərc-mərclik dövrü, ağır tənəzzül illərində ulu öndərin qurtuluş mücadiləsi haqqında tədbir iştirakçılarına məlumat verib.
ADDIM Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə dahi öndərin və xilaskarın şərəfli ömür yolunun və fəaliyyətinin Azərbaycan tarixindəki rolundan danışıb. Azərbaycan gəncliyini Heydər Əliyevin yaratdığı sivil, demokratik bir cəmiyyətin layiqli vətəndaşları olmağa səsləyib.
Sonda tədbir iştirakçıları 1992-1993-cü il Azərbaycanda mövcud olan siyasi durumu, xaosu, çaxnaşmaları və dahi şəxsiyyətin Azərbaycan xalqının qurtuluşu yolunda keçdiyi məşəqqətli yolları əks etdirən filmi izləyiblər.