​KXCP-nin təşkilat sədri Qubad İbadoğlunun hərakatında təmsil olunmasına aydınlıq gətirib

​KXCP-nin təşkilat sədri Qubad İbadoğlunun hərakatında təmsil olunmasına aydınlıq gətirib "Belə hərəkatda təmsilçilik siyasi fəaliyyətin sona çatması kimi yozula bilməz"
Daxili siyasət
18 Dekabr , 2014 09:31
​KXCP-nin təşkilat sədri Qubad İbadoğlunun hərakatında təmsil olunmasına aydınlıq gətirib

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsisçilərindən biriyəm. Bu, ictimai hərəkatdır. Belə hərəkatda təmsilçilik siyasi fəaliyyətin sona çatması kimi yozula bilməz".

Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Salyan rayon təşkilatının sədri Ədalət Yusubov deyib.

O, hazırda da KXCP-də təmsil olunduğunu qeyd edib: "Siyasi mənsubluğum əvvəlki kimidir. Bu, sona qədər davam edəcək. Düşünürəm ki, gələcəkdə KXCP rəhbərliyi ilə aramızdakı yaranan soyuqluq da aradan qalxacaq".

Ə.Yusubov deyib ki, onun Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunması Müsavat Partiyası və KXCP arasında gərginliyə səbəb ola bilməz: "Məsələyə normal düşüncə ilə yanaşarlarsa, problem yaranmaz. Buna lüzum da yoxdur".

Qeyd edək ki, Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalan başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaratdıqlarını elan ediblər. Hazırda hərəkatın Təşkilat Komitəsi formalaşdırılıb, yaxın zamanlarda təsis yığıncağının keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi