KXCP-nin qurultayının keçiriləcəyi tarix məlum olub

KXCP-nin qurultayının keçiriləcəyi tarix məlum olub “Yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”
Daxili siyasət
28 İyun , 2015 12:37
KXCP-nin qurultayının keçiriləcəyi tarix məlum olub

Bakı. 28 iyun. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayının keçiriləcəyi tarix məlum olub.

“Report”un məlumatına görə, KXCP-nin Ali Məclisinin sessiyasında çıxış edən partiya sədri Mirmahmud Mirəlioğlu deyib ki, iyulun birinci ongünlüyünədək Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rayon şöbələrində keçirdiyi konfransların yekunlaşdırılması planlaşdırılıb: “KXCP-nin 45 rayon şöbəsində konfrans keçirilib, nəticələr təsdiqlənib. Qarşıdakı günlərdə isə 9 rayon şöbəsində iclas keçiriləcək, bununla da işləri yekunlaşdıracağıq”.

O bildirib ki, partiya daxilində qurultayın günü ilə bağlı müzakirələr aparılıb: “Qərara gəldik ki, qurultayı avqustun 1-də keçirək. Qurultayın keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.

Son xəbərlər

Orphus sistemi