​KXCP-nin qurultayı ertələnib

​KXCP-nin qurultayı ertələnib Xəzər Teyyublu: "Qurultayın dəqiq günü ilə bağlı son qərarı Ali Məclis verəcək"
Daxili siyasət
9 Mart , 2015 16:15
​KXCP-nin qurultayı ertələnib

Bakı. 9 mart. REPORT.AZ/ "Hazırda Klassik Xalq Cəbhəsi Partiyasının qurultayı ilə əlaqədar zona müşavirələri keçirilir. Artıq bu proses bir neçə rayonda başa çatıb. KXCP-nin rayon təşkilatlarının 50 faizində müşavirələr başa çatdıqdan sonra qurultayın dəqiq vaxtı ilə bağlı qərar veriləcək".

Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu deyib. O bildirib ki, qurultayın bu ilin yay aylarında keçirilməsi planlaşdırılsa da, "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar ertələnib: "Çalışırıq ki, payız aylarına qədər zona müşavirələrini yekunlaşdıraq. Yəqin ki, ilin sonunda qurultayı keçirə biləcəyik. Qurultayın dəqiq günü ilə bağlı son qərarı Ali Məclis verəcək".

Son xəbərlər

Orphus sistemi