​Hökumət rəsmilərinin iştirakı ilə parlament seçkisinə hazırlıq müzakirə olunub - ƏLAVƏ OLUNUB

​Hökumət rəsmilərinin iştirakı ilə parlament seçkisinə hazırlıq müzakirə olunub - ƏLAVƏ OLUNUB MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib
Daxili siyasət
21 Avqust , 2015 11:31
​Hökumət rəsmilərinin iştirakı ilə parlament seçkisinə hazırlıq müzakirə olunub - ƏLAVƏ OLUNUB

Bakı. 21 avqust. REPORT.AZ/ "Bu seçkilərdə Azərbaycan nümunə göstərməlidir". "Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, hələ çox şey öyrənilməlidir: "Çünki yeni texnologiyalar, yeni normalar meydana gəlir".

Z. Əsgərov qeyd edib ki, Seçki Məcəlləsinin müddəalarını dərindən mənimsəmək lazımdır: "Bu, seçkilərin tam şəffaf keçirilməsi üçün vacibdir".

Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalıdır: "Seçki dairələrinin hamısında təbliğat və təşviqat üçün açıq və qapalı yerlər var. Olmayan dairələrdə də bu yerlər ayrılacaq".

Onun sözlərinə görə seçki dairələrində veb-kameralar əvvəlki illərə nisbətdə iki dəfə çox qurulub: "Məqsəd seçkilərin tamamilə azad və şəffaf keçdiyini izləmək və göstərməkdir. Bu sınaqdan üzü ağ çıxmaq üçün əlimizdən gələni etməliyik".

Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, artıq penitensiar müəssisələrdə seçki məntəqələri formalaşdırılıb: "Cəzaçəkmə müəssisələrində görüşlər təşkil edilir, maarifləndirmə işləri aparılır. Keçən seçkilərdə heç bir problem olmayıb, penitensiar müəssisələrdə səsvermə hüququ olan məhkumların 99 faizi səs verib".

O qeyd edib ki, Ədliyyə Nazirliyi seçici siyahılarının formalaşmasında da iştirak edir: "Seçki komissiyalarının qərarları ilə bağlı məhkəməyə şikayət verilə bilər. Son seçkilərdə də şikayətlər olmuşdu, həmin şikayətlərin cəmi dördü təmin olunub".

*** 11:31

Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə başlayıb.

“Report” xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov, Bakı Apellyasiya Məhkəməsinin sədri İmam Nağıyev, MSK-nın şöbə müdirləri, dairə seçki komissiyalarının sədrləri iştirak edir.

Müşavirədə noyabrda keçiriləcək parlament seçkisinə hazırlıq işlır və seçki günü səsvermənin təşkili məsələləri müzakirə olunur. 

MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad, demokratik, şəffaf seçkilərin keçirilməsi üçün lazımı şərait mövcuddur. Onun fikrincə, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün vacib şərt ölkədə ictimai-siyasi sabitliyin olmasıdır: "Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Ölkədə seçki keçirilməsi üçün mükəmməl qanunvericilik yaradılıb. Seçki Məcəlləsi qəbul olunub. Seçkini izləmək istəyən yerli və beynəlxalq müşahidəçilərə şərait yaradılır”.

Onun sözlərinə görə, MSK 1000 seçki məntəqəsində vebkamera quraşdırıb. Əvvəllər isə bu rəqəm 500 olub: "Vebkameralar vasitəsilə seçki məntəqələrində nə baş verdiyi öyrənilir. Bütün bunlar seçkinin tamamilə azad və şəffaf olduğunu göstərmək üçündür. Bunlar vasitəsilə bizim məntəqələrdə bütün şərait izlənəcək".

M.Pənahov dairə seçki komissiyalarının sədrlərini fəaliyyətlərində məsuliyyətli olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi