Hərbi xidmət əleyhinə cinayət törədənlər müqavilə əsasında hərbi xidmətdən məhrum ediləcəklər

Hərbi xidmət əleyhinə cinayət törədənlər müqavilə əsasında hərbi xidmətdən məhrum ediləcəklər Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib
Daxili siyasət
3 Sentyabr , 2016 02:48
Hərbi xidmət əleyhinə cinayət törədənlər müqavilə əsasında hərbi xidmətdən məhrum ediləcəklər

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabineti 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə (məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır cinayət törətdikdə;) “xüsusilə ağır” sözlərindən sonra, habelə "hərbi xidmət əleyhinə” sözləri əlavə edilib. 

Dəyişikliyə görə, Azərbaycan Respublikası ərazisində hərbi xidmət əleyhinə cinayət törədənlər bağlaşma əsasında Müdafiə, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirliklərinə, habelə Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə fərdi və könüllü daxil olmaq imkanlarından məhrum ediləcəklər. 

Son xəbərlər

Orphus sistemi