General Emin Şəkinski yeni vəzifəyə təyinat alıb

General Emin Şəkinski yeni vəzifəyə təyinat alıb Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub
Daxili siyasət
16 İyun , 2016 12:20
General Emin Şəkinski yeni vəzifəyə təyinat alıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi