FHN Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq

FHN Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq Fövqəladə Hallar Nazirliyi (FHN) Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq.
Daxili siyasət
27 Sentyabr , 2023 14:48
FHN Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu məqsədlə FHN-in 53 avtomobili şəxsi heyət və zəruri avadanlıqlarla birgə sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xocalı şəhərinə yola salınıb.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Eyni zamanda Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.

Son xəbərlər

Orphus sistemi