FHN şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

FHN şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Azərbaycanda Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü qeyd olunur
Daxili siyasət
16 Dekabr , 2014 11:21
FHN şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 16 dekabr. REPORT.AZ / Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti bu gün peşə bayramı münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, FHN rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.


Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı Azərbaycanda Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi