erevan.az fəaliyyətə başlayır

erevan.az fəaliyyətə başlayır Jurnalın çap variantının da hazırlanması nəzərdə tutulur
Daxili siyasət
6 Oktyabr , 2016 16:05
erevan.az fəaliyyətə başlayır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “www.erevan.az” internet jurnalının hazırlanması layihəsini həyata keçirir.

İctimai Birlikdən “Report”a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimizin mənimsənilməsi faktlarının dünyaya catdırılmasıdır.

Oktyabr ayında ictimaiyyətə təqdim olunması nəzərdə tutulan saytın öncə online formatında Azərbaycan və rus dillərində, növbəti aylarda isə ingilis, ərəb və digər dillərdə yayımı nəzərdə tutulur.

Jurnalın çap variantının da hazırlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi