Bakı. 17 may. REPORT.AZ/ Bu gün "Musavat" Partiyasının Xətai rayon təşkilatının Şura iclası keçirilib.
Partiyanın Divan üzvü Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, iclasda Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin fəaliyyəti müzakirəyə çıxarılıb.
Müzakirənin sonunda Ellada Məmmədli partiya nizamnaməsi və rəhbərliyinə qarşı çıxdığına, həmçinin qurum daxilində istefaları təşkil etdiyinə görə, partiya sıralarından xaric edilib.