"Musavat"ın Qadınlar Birliyinin sədri partiyadan kənarlaşdırılıb

"Musavat"ın Qadınlar Birliyinin sədri partiyadan kənarlaşdırılıb Qərar partiyanın Xətai rayon təşkilatının Şura iclasında qəbul olunub
Daxili siyasət
17 May , 2015 20:32
Musavatın Qadınlar Birliyinin sədri partiyadan kənarlaşdırılıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün "Musavat" Partiyasının Xətai rayon təşkilatının Şura iclası keçirilib.

Partiyanın Divan üzvü Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, iclasda Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin fəaliyyəti müzakirəyə çıxarılıb.

Müzakirənin sonunda Ellada Məmmədli partiya nizamnaməsi və rəhbərliyinə qarşı çıxdığına, həmçinin qurum daxilində istefaları təşkil etdiyinə görə, partiya sıralarından xaric edilib.

Son xəbərlər

Orphus sistemi