Əli Kərimlinin AXCP ilə bağlı məhkəməsi təxirə salınıb

Əli Kərimlinin AXCP ilə bağlı məhkəməsi təxirə salınıb Növbəti məhkəmə prosesi fevralın 4-də keçiriləcək
Daxili siyasət
14 Yanvar , 2016 11:45
Əli Kərimlinin AXCP ilə bağlı məhkəməsi təxirə salınıb

Bakı. 14 yanvar. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiasına baxılacaq məhkəmə təxirə salınıb.

Bu barədə "Report"a partiyanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, məhkəmənin təxirə salınmasına səbəb Ədliyyə Nazirliyinin nümayəndəsinin prosesə gəlməməsi olub.

Növbəti məhkəmə prosesi fevralın 4-də keçiriləcək.

Xatırladaq ki, AXCP-nin 2015-ci ilin sentyabrın 27-də qurultayı keçirilib. Açıq səsvermə ilə Əli Kərimli sədr seçilib.

Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Ədliyyə Nazirliyi eyni qərarı Razi Nurullayevlə də bağlı verib. Nazirlik R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayının nəticələrini tanımayıb.

O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddia icraata götürülməyib.

Son xəbərlər

Orphus sistemi