​Əflatun Amaşov: "250-yə yaxın jurnalistin adı olan siyahı Prezident Admnistrasiyasına təqdim edilib"

​Əflatun Amaşov: "250-yə yaxın jurnalistin adı olan siyahı Prezident Admnistrasiyasına təqdim edilib" "Azərbaycan jurnalistikasının inkişafında rolu olan, töhfə verən insanlar mükafat alacaq"
Daxili siyasət
3 İyul , 2015 14:59
​Əflatun Amaşov: 250-yə yaxın jurnalistin adı olan siyahı Prezident Admnistrasiyasına təqdim edilib

Tbilisi. 3 iyul. REPORT.AZ/ "Tbilisidə beynəlxalq konfrans keçirilir. Ona görə də bura gəlmişəm. Avropa Birliyi və Avropa Şurasının konfransında oldum. Azərbaycanla bağlı məruzə etdim və konfransdan sonra "Qəbələ"nin oyununu izləmək üçün stadiona getdim".

Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Gürcüstanın Marnueli şəhərində Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı bu gün tədbir keçiriləcəyini qeyd edən Ə.Amaşov Tbilisinin Azərbaycan mətbuatının inkişafındakı önəmindən danışıb. Müxtəlif illərdə orada işıq üzü görən nəşrlərdən söz açan şura sədri Tiflis mühitinin Azərbaycan mətbuatına verdiyi töhfələrin bir daha yada düşəcəyini bildirib.

O, beynəlxalq idman jurnalistləri bayramı münasibətilə idman jurnalistlərini də təbrik edib: "Ümumi jurnalistikadan sonra Azərbaycanda ən inkişaf etmiş sahə idman jurnalistikasıdır. I Avropa Oyunları idman jurnalistlərini daha da püxtələşdirdi".

Ə.Amaşov Milli Mətbuat günü ilə əlaqədar Azərbaycan jurnalistikasında önəmli rolu olan jurnalistlərin mükafatlandırılacağını qeyd edib: "Əsasən daha çox xidmət göstərmiş insanlar, jurnalistlər mükafatlanacaq. Artıq 250-yə yaxın jurnalistin namizədliyini Prezident Administrasiyasına göndərmişik. İyulun 20-də Azərbaycan jurnalistikasının inkişafında rolu olan, töhfə verən insanlar mükafat alacaq".

Son xəbərlər

Orphus sistemi