Ədliyyə naziri vətəndaşların məhkəmələrlə bağlı şikayətlərinə baxacaq

Ədliyyə naziri vətəndaşların məhkəmələrlə bağlı şikayətlərinə baxacaq Nazir Qobustan rayonunda vətəndaşları qəbul edəcək
Daxili siyasət
25 Yanvar , 2016 15:30
Ədliyyə naziri vətəndaşların məhkəmələrlə bağlı şikayətlərinə baxacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 28-də Qobustan rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qobustan İdman Kompleksində keçiriləcək qəbula vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi