Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib - SİYAHI

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib - SİYAHI Xidmətin rəisi Firudin Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Daxili siyasət
18 Mart , 2015 18:54
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib - SİYAHI

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının “Əməkdar Hüquqşünas” fəxri adı verilib.

Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Musayev Pərviz Kərim oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Ələkbərov Fazil Nəriman oğlu

Ələkbərov İqbal Rafiq oğlu

Əliyeva Aysel Etibar qızı

Hüseynov Camil Xalid oğlu

Hüseynov Orxan Yaşar oğlu

İbrahimov Ramin Ənvər oğlu

İsmayılov Nadir Kamil oğlu

Məmmədov Kərim Əvəz oğlu

Məmmədov Qüdrət Niftulla oğlu

Rüstəmov Hidayət Vaqif oğlu

Süleymanzadə Lalə Rəfail qızı

Son xəbərlər

Orphus sistemi