Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün müxtəlif təlimlərə başlayır. Şuradan “Report”a verilən məlumata görə, təlimlər dörd mövzunu əhatə edir. Bu sıraya “Layihə təkliflərinin hazırlanması”, “İctimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar”, “Layihənin monitorinqi və qiymətləndirilmə metodları”, və “QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması” daxildir.
Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər.