Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlim keçəcək

Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlim keçəcək Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər
Daxili siyasət
10 Dekabr , 2015 17:55
Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlim keçəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün müxtəlif təlimlərə başlayır. Şuradan “Report”a verilən məlumata görə, təlimlər dörd mövzunu əhatə edir. Bu sıraya “Layihə təkliflərinin hazırlanması”, “İctimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar”, “Layihənin monitorinqi və qiymətləndirilmə metodları”, və “QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması” daxildir.

Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi