​Azərbaycan Demokratiya və Rifah Hərəkatında yeni təyinatlar olub

​Azərbaycan Demokratiya və Rifah Hərəkatında yeni təyinatlar olub İclasda ADR TK-nin qrafiki təsdiqlənib
Daxili siyasət
19 Mart , 2015 09:45
​Azərbaycan Demokratiya və Rifah Hərəkatında yeni təyinatlar olub

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Hərəkatdan “Report”a verilən məlumata görə, ADR sədrinin birinci müavini Vurğun Əyyubun sədrliyi ilə keçirilən toplantıda strukturlaşma fəaliyyətinin tərkib hissəsi olaraq Təşkilat Komitələrinin fəaliyyəti üçün hazırlanmış fəaliyyət proqramı və təlimat layihələri müzakirə edilib. İclasda növbəti həftə ərzində ölkənin inzibati-ərazi vahidlərinə uyğunluq prinsipi əsasında yeni yaradılacaq ADR TK-nin qrafiki də təsdiq olunub.

İdarə Heyətinin toplantısına “skype” vasitəsilə qoşulan ABŞ-da səfərdə olan ADR sədri Qubad İbadoğlu mərkəzi idarəetmə ilə bağlı hazırladığı strukturun ilkin varinatını müzakirəyə təqdim edib. Müzakirələr zamanı tədqim olunan struktur əsas kimi qəbul olunub. Sonra sədr müavinləri və icra aparatının səlahiyyətləri ilə bağlı müzakirələr aparılıb. Yekunda Qubad İbadoğlu Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Salyan rayon təşkilatının sədri Ədalət Yusubovun ADR Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini, İbrahim İbrahimlinin isə ADR Hərəkatı İcra Aparatının rəhbəri təyin olunması ilə bağlı imzaladığı sərəncamlarla İdarə Heyəti üzvlərini məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi