Daşaltı şəhidi 31 ildən sonra Giləzi Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB

Daşaltı şəhidi 31 ildən sonra Giləzi Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşən və Vətən müharibəsindən sonra basdırıldığı yer müəyyənləşdirilən Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsinə gətirilib.
Daxili siyasət
24 Avqust , 2023 13:18
Daşaltı şəhidi 31 ildən sonra Giləzi Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB

Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.

“Report”un yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidlə vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdən sonra A.Rüstəmovun cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəhidin tabutuna bükülmüş üç rəngli Azərbaycan Bayrağını şəhidin qardaşı Hacıbaba Rüstəmova təqdim edib.

12:51

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşən və Vətən müharibəsindən sonra basdırıldığı yer müəyyənləşdirilən Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsinə gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, şəhidin cənazəsini qəsəbənin girişində ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qarşılayıb.

A.Rüstəmovun meyitinin qalıqları Giləzidə doğulub, boya-başa çatdığı evinə aparılıb. Burada şəhidlə vida mərasimi keçirilir.

Mərasimdən sonra A.Rüstəmov Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.

1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb. 2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi