Bu ilin altı ayında Azərbaycanda qeydə alınan cinayətlərin sayı açıqlanıb

Bu ilin altı ayında Azərbaycanda qeydə alınan cinayətlərin sayı açıqlanıb Nazir müavini: “Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib“
Daxili siyasət
8 İyul , 2016 17:04
Bu ilin altı ayında Azərbaycanda qeydə alınan cinayətlərin sayı açıqlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ “Bu ilin altı ayında Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 251 cinayət qeydə alınıb. Onların 94,2 faizi və ya 13.429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub”.

“Report”un məlumatına görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov qurumun geniş Kollegiya iclasında məruzəsində deyib.

Onun sözlərinə görə, bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib: “Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb”.

Nazir müavini qeyd edib ki, cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib: “Ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb”. 

Son xəbərlər

Orphus sistemi