Birinci vitse-prezidentin protokol sektorunun müdiri vəzifəsinə təyinat olub

Birinci vitse-prezidentin protokol sektorunun müdiri vəzifəsinə təyinat olub Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
23 Dekabr , 2017 14:32
Birinci vitse-prezidentin protokol sektorunun müdiri vəzifəsinə təyinat olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, sərəncam bu il iyunun 23-də imzalanıb. Lakin sənəd Normativ hüquqi aktların vahid internet elektron bazasına bir neçə gün əvvəl daxil edildiyindən, axtarış sistemində bu gün görünüb.

Son xəbərlər

Orphus sistemi