Bir qrup gənc Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib

Bir qrup gənc Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib Etiraz aksiyasında "Sənə qırmızı vərəqə", "Ar olsun", "Xəyal dünyandan çıx" şüarları səsləndirilib
Daxili siyasət
9 Aprel , 2016 11:10
Bir qrup gənc Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib.

"Report"un xəbərinə görə, aksiya iştirakçıları Ə.Kərimlinin son günlər cəbhədə baş verənlərlə bağlı dövlətin siyasətini tənqid etməsinə etiraz edib.

Etiraz aksiyasında "Sənə qırmızı vərəqə", "Ar olsun", "Xəyal dünyandan çıx" şüarları səsləndirilib.

Aksiya polisin müdaxiləsi ilə dağıdılıb.

Son xəbərlər

Orphus sistemi