Azərbaycanda bələdiyyə seçkilərilə bağlı uzunmüddətli monitorinq keçirilib

Azərbaycanda bələdiyyə seçkilərilə bağlı uzunmüddətli monitorinq keçirilib "Seçki dairələri tam olaraq təchiz edilib və seçkilərin keçirilməsi üçün hazırdır"
Daxili siyasət
22 Dekabr , 2014 13:40
Azərbaycanda bələdiyyə seçkilərilə bağlı uzunmüddətli monitorinq keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Demokratiyanın İnkişafı, Parlamentarizm və MDB PAA iştirakçı dövlətlər vətəndaşlarının seçki hüquqlarının qorunması Beynəlxalq Monitorinq İnstitutu Bakı filialının əməkdaşları Azərbaycanda bələdiyyə seçkilərində yerli müşahidəçilər qismində akkreditasiya olunublar. MDB PAA DİMBİ Bakı filialından "Report"a bildiriblər ki, uzunmüddətli monitorinq zamanı filialın əməkdaşları Bakıdakı bir neçə seçki dairələrində olub. Müşahidəçilərin fikrincə, seçki dairələri tam olaraq təchiz edilib və seçkilərin keçirilməsi üçün hazırdır.

Demokratiyanın İnkişafı, Parlamentarizm və MDB PAA iştirakçı dövlətlər vətəndaşlarının seçki hüquqlarının qorunması Beynəlxalq Monitorinq İnstitutu Bakı filialının əməkdaşları həmçinin dekabrın 23-də seçki günündə seçki dairələrində işləyəcək. 

Son xəbərlər

Orphus sistemi