BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib "Vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq"
Daxili siyasət
17 Yanvar , 2015 15:07
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Daha sonra çıxış edənlər Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov və tələbələr adından çıxış edən I kurs Hüquq fakültəsinin tələbəsi Gülnaz Qurbanova 20 yanvarla bağlı fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi