Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyinat olub

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyinat olub Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
15 Yanvar , 2016 16:33
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyinat olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncama əsasən, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, R.Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. O, 2004-cü ildən Heydər Əliyev Fondunun İşlər departamentinin direktoru vəzifəsində çalışıb. R.Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif edilib. O, rabitə və yüksək texnologiyalar naziri təyin olunmazdan öncə - ötən ilin noyabrın 25-dən bu günədək nazirin birinci müavini olub, eyni zamanda, nazir vəzifəsini icra edib.

Son xəbərlər

Orphus sistemi