Azərbaycanın müxalifət partiyasında kadr təyinatları olub

Azərbaycanın müxalifət partiyasında kadr təyinatları olub VHP sədri, deputat Sabir Rüstəmxanlı bununla bağlı sərəncam imzalayıb.
Daxili siyasət
30 İyun , 2015 12:12
Azərbaycanın müxalifət partiyasında kadr təyinatları olub

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyasında bir neçə kadr təyinatı olub. 

Partiyadan "Report"a verilən məlumata görə, VHP sədri, deputat  Sabir Rüstəmxanlı bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Pünhan İmamlı VHP sədrinin gənclərlə iş üzrə müşaviri, Anar Niftəliyev İctimai Əlaqələr Departamentinin müdiri, Azər Caniyev İnsan Resursları Departamentinin müdiri, Tural Hüseynli Lahiyələr Departementinin müdiri, İsmi Şahzadə Dini Qrumlarla İş Şöbəsinin müdiri, Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri və Vüsal Namiqoğlu Türk Dünyası ilə iş Şöbəsinin müdiri təyin olunublar.

Son xəbərlər

Orphus sistemi