Yuxarı

Azərbaycanın müxalifət partiyasında kadr təyinatları olub

VHP sədri, deputat  Sabir Rüstəmxanlı bununla bağlı sərəncam imzalayıb.

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyasında bir neçə kadr təyinatı olub. 

Partiyadan "Report"a verilən məlumata görə, VHP sədri, deputat  Sabir Rüstəmxanlı bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Pünhan İmamlı VHP sədrinin gənclərlə iş üzrə müşaviri, Anar Niftəliyev İctimai Əlaqələr Departamentinin müdiri, Azər Caniyev İnsan Resursları Departamentinin müdiri, Tural Hüseynli Lahiyələr Departementinin müdiri, İsmi Şahzadə Dini Qrumlarla İş Şöbəsinin müdiri, Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri və Vüsal Namiqoğlu Türk Dünyası ilə iş Şöbəsinin müdiri təyin olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi